Güclü külək ağacı yola aşırdı - FOTO
17 may 2020 22:21 (UTC +04:00)

Güclü külək ağacı yola aşırdı - FOTO


Mingəçevir şəhərində Su Elektrik Stansiyası istiqamətindəki çimərlik yolunda güclü külək ağacı yola aşırıb. 

APA-nın yerli bürosunun məlumatına görə, küləyin təsirindən qovaq ağacı gövdəsindən qırılaraq avtomobil yoluna düşərək nəqliyyatın hərəkətinə mane olub. Ağac rayonun təsərrüfat işçiləri tərəfindən ərazidən götürülüb. 

Qeyd edək ki, analoji hadisə şəhərin bir sıra ərazilərində də müşahidə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2209
avatar

Oxşar yazılar