Bakıda obyektlərdən oğurluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb. Nəticədə onun rayon ərazisindəki 1 gözəllik salonundan 1700 manat pul və 1 ofisdən 170 manat pul, 250 manat dəyərində mobil telefon və qol saatı oğurlaması da müəyyən edilib.