Gözəllik salonlarından oğurluq edildi
07 may 2020 12:17 (UTC +04:00)

Gözəllik salonlarından oğurluq edildi

Oğurluq etdiyinə görə tutulan R.Dadaşzadənin ətrafında Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları  əməliyyat tədbirləri aparıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə onun mayın 6-na keçən gecə rayon ərazisindəki 2 gözəllik salonundan ümumilikdə 730 manat pul oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Mehman Nəbiyev

Oxşar yazılar