Göl kənarında yeyib-içənlər cərimələndilər
20 aprel 2020 15:05 (UTC +04:00)

Göl kənarında yeyib-içənlər cərimələndilər

0

Quba sakini olan 5 nəfər yeyib-içmək təşkil edərək karantin qaydalarını pozub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər.

Xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə saxlanılaraq Quba rayon Polis Şöbəsinə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1802

Oxşar yazılar