Gənci bıçaqlayıb pulunu aldılar
12 may 2020 12:57 (UTC +04:00)

Gənci bıçaqlayıb pulunu aldılar

Mayın 10-da Yasamal rayonu ərazisində 3 nəfər Bakı şəhər sakini O.Həsənovla mübahisə edib və onlardan biri O.Həsənovun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirərək 20 manat pulunu alıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bu barədə 28-ci Polis Bölməsinə məlumat daxil olub. O.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri T.Yusubov və Z.Abbasov saxlanılıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Mehman Nəbiyev

Oxşar yazılar