Türkiyənin Mardin vilayətində 18 yaşlı qız atasının tapançası ilə özünü öldürüb.
Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Yenişəhər məhəlləsində yaşayan Berfin A. evdə kimsə olmayan zaman atasının silahı ilə özünü öldürməyə çalışıb. Silah səsinə gələn qonşular polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər qızı xəstəxanaya aparsa da, həkimlərinə səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Gənc qızın meyiti tibbi ekspertiza üçün morqa göndərilib. Prokurorluq intiharın səbəblərini araşdırır.