Gənc qadın evdən getdi
01 may 2020 13:37 (UTC +04:00)

Gənc qadın evdən getdi

Gəncədə 29 yaşlı qadın itkin düşüb.

APA-nın xəbərinə görə, aprelin 25-də gecə saatlarında şəhər sakini Abdulayeva Nurlana Maarıf  qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının məlumatına görə, bununla bağlı polisə məlumat verilib. Gəncə şəhər Baş Polis İdarəsi Kəpər rayon Polis Şöbəsində qadının axtarışlarına başlanılıb. Qadını görənlərdən polisə məlumat vermələri xahiş olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1310
avatar

Oxşar yazılar