Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çənlibel kəndin qeydə alınıb.
Təxminən, 25-30 yaş aralığında gənc naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hazırda onun kimliyi dəqiqləşdirilir.