Şəmkirdə bıçaqlanma olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1992-ci il təvəllüdlü Həsənov Sərxan Zakir oğlu döş qəfəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.