General-leytenant barəsində 4 ay həbs qətimkan tədbiri seçildi
16 may 2020 09:30 (UTC +04:00)

General-leytenant barəsində 4 ay həbs qətimkan tədbiri seçildi

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8164
avatar

Oxşar yazılar