Füzulidə meteoroloji radiopelenqator aşkarlandı - FOTO
16 may 2020 00:10 (UTC +04:00)

Füzulidə meteoroloji radiopelenqator aşkarlandı - FOTO


Mayın 15-də Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Arayatlı kəndi ərazisində təqribi çəkisi 300 qram, hündürlüyü və diametri 20 sm ölçüdə, üzərində 7 metr ipək ip olan şübhəli əşyanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. 

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator aşkar olunub, aidiyyəti üzrə təhvil verilib.

Metroloji radiopelenqatorun ətrafında 100 kv.m əraziyə yerüstü, 125 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6865
avatar

Oxşar yazılar