Futbol klubunun təyyarəsi həyəcan siqnalı ilə geri qayıtdı
13 may 2020 18:52 (UTC +04:00)

Futbol klubunun təyyarəsi həyəcan siqnalı ilə geri qayıtdı

Sankt-Peterburqdan Ufaya uçan “Zenit” klubunun təyyarəsi havada həyəcan siqnal verərək "Pulkovo" hava limanına qayıdıb.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, Sankt-Peterburqdan yerli vaxtla saat 16:25-də havaya qalxan SU6413 reysi saat 20:25-də Ufada enməli idi. Lakin uçuşdan 20 dəqiqə sonra ekipaj göyərtədəki depressurizasiya iləbağlı məlumat verib və pilot "Pulkovo"ya qayıtmaq qərarı qəbul edib. Bir neçə dəqiqə sonra təyyarə uğurlu eniş edib. 

Qeyd edilir ki, təyyarə adi sərnişin reysini yerinə yetirib və göyərtədə 100 nəfər olub. Onlardan heç birinə zərər dəyməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2722
avatar

Oxşar yazılar