Fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi açıldı
22 iyun 2020 10:06 (UTC +04:00)

Fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi açıldı

İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini, 52 yaşlı Fuad Qurbanovun ölməsi barədə şəhər Prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınaraq, digər zəruri prosessual hərəkətlər yerinə yetirib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton piltənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Hazırda faktla bağlı şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2158
avatar

Mehman Nəbiyev

Oxşar yazılar