Fəaliyyətinə icazə verilmiş qurumların işçilərinin sayı müəyyən edildi
25 iyun 2020 22:59 (UTC +04:00)

Fəaliyyətinə icazə verilmiş qurumların işçilərinin sayı müəyyən edildi

0

 

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

"ASAN xidmət"dən APA-ya verilən məlumata görə, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır:

"Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik. Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa, avtomatik olaraq ləğv ediləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4913

Oxşar yazılar