FHN-də kadr dəyişikliyi aparılıb
14 may 2020 14:42 (UTC +04:00)

FHN-də kadr dəyişikliyi aparılıb


Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi aparılıb.

FHN Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva APA-ya bildirib ki, daxili rotasiyaya əsasən, polkovnik Hikmət Abbasov Nazirliyin Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi təyin olunub.

Bundan əvvəl o, Bakı Regional Mərkəzin rəisi vəzifəsində çalışıb.

Buna qədər Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi olmuş daxili xidmət general-mayoru İsrail Əliyev isə Bakı Regional Mərkəzin rəisi təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6616
avatar

Oxşar yazılar