Evlərdən, köşklərdən oğurluq etdilər
08 may 2020 11:10 (UTC +04:00)

Evlərdən, köşklərdən oğurluq etdilər

Gəncədə evlərdən və köşklərdən oğurluq olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Məmmədhəsən Həsənov və Elnur Axundov ayrı-ayrılıqda şəhər sakinlərinə məxsus su tənzimləyicilərini oğurlayıblar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərdən oğurluq edən şəxslər də saxlanılıb. Kərim Məmmədov və Zorxan Rzayev şəhər ərazisində fəaliyyət göstərən ümumilikdə köşkə qanunsuz daxil olaraq oradan tütün məmulatlarını, sim kartları və kassadan nağd pul oğurlayıblar. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, tütün məmulatlarını müxtəlif ünvanlarda satdıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Mehman Nəbiyev

Oxşar yazılar