Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilir ki, daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Rafiq Əhmədov saxlanılıb. R. Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, hündürlüyü 25-225 santimetr olan çəkisi 8 kiloqramdan artıq 45 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.