İyunun 19-da Badamdar qəsəbəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 23 min manat dəyərində mebel oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini E.Məmmədov saxlanılıb, daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib.