Ermənistanda məhkəmə eks-prezident Robert Köçəryanın koronavirus epidemiyasının bitməsinə qədər xəstəxanada qalmasına qərar verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının vəkillər komandasının mətbuat katibi Elina Saakova bildirib.
Ermənistan Ədliyyə Nazirliyinin Cinayət-icra şöbəsi məhkəmənin bu qərarından şikayət edib.
Qeyd edək ki, Koçaryanın vəkili Aram Orbelyanın iddiasını təmin edən məhkəmənin qərarına görə, sapiq prezident koronavirus epidemiyasının sonuna qədər “İzmirlyan” Tibb Mərkəzində qalacaq.