Ermənilər bu kəndimizi atəşə tutdu: evlərə ziyan dəydi
13 may 2020 17:31 (UTC +04:00)

Ermənilər bu kəndimizi atəşə tutdu: evlərə ziyan dəydi

Ermənistan Silahlı Qüvvə­ləri atəşkəsi yenə pozub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a daxil olan məlumata əsasən, mayın 13-də saat 12:00-dan başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətdə avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.

Düşmən təxribatının qarşısı alınıb. Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2635
avatar

Mehman Nəbiyev

Oxşar yazılar