Elçin Quliyev və Məhərrəm Əliyev Qazaxda əsgərlərlə görüşdü
01 may 2020 13:58 (UTC +04:00)

Elçin Quliyev və Məhərrəm Əliyev Qazaxda əsgərlərlə görüşdü

Azərbaycan Prezidentin köməkçisi Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX mətbuat mərkəzindən Lent.az-a daxil olan məlumata görə, səfər çərçivəsində Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, sərhədçilərin xidməti və yaşayış şə-raitləri nəzərdən keçirilib. Həmçinin sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüşülüb.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastruk-turunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub və bu məqsədlə aparılan tikintilərə baxış keçirilib. Qazax rayonunun İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.

“Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti müşavirə keçirilərək hərbi hissə və bölmələrin döyüş hazırlığının möhkəmləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2024
avatar

Mehman Nəbiyev

Oxşar yazılar