Dünən yol qəzalarında 3 nəfər ölüb
18 may 2020 13:54 (UTC +04:00)

Dünən yol qəzalarında 3 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 17 cinayətin üstünü “isti izlər”lə açıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336
avatar

Mehman Nəbiyev

Oxşar yazılar