Dünən karantini pozan sürücülərin sayı AÇIQLANDI
01 iyul 2020 11:19 (UTC +04:00)

Dünən karantini pozan sürücülərin sayı AÇIQLANDI

Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə əlaqədar iyunun 30-da görülən işlərlə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş  karantin rejiminin pozulmasına görə dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 1223 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib.

Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2359
avatar

Mehman Nəbiyev

Oxşar yazılar