Ötən gün paytaxt polisi tərəfindən 26 cinayətin üstü açılıb. Onlardan 5 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.
Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata əsasən, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 4, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.