Göyçay rayonunda intihar baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Rayonun Veysəlli kənd sakini, 25 yaşlı Rüstəmov Səddar Fazil oğlu Kürdəmiş kəndində yaşayan dostu, 45 yaşlı Rüzgar Mikayılovun həyətyanı sahəsində özünü kəndirlə asaraq öldürüb.
Onun intihardan öncə "Haqqınızı halal edin, mən getdim" sözləri yazılan məktubu tapılıb.
Onun hansı səbəbdən özünə qəsd etməsinin səbəbi məlum deyil.