Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, alov evə bitişik tikiliyə də keçib.
Ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və talvarın altına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb. Evin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.