Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Neftçalada dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxsi xilas edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonu Ərəbqardasbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Səyyad Mirzəməmməd oğlu dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Neftçala sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib.
Hadisə Neftçala sularda xilasetmə məntəqəsindən 600 metr aralı nəzarətsiz ərazidə baş verib.