Azərbaycan Tibb Universiteti Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi nəticəsində ölən tələbələrin şəkillərini yayıb.
Lent.az xatırladır ki, avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub, İlkin Ağamirzəyev isə ağır yaralanıb.
Tələbələr koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar.
Dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin V kurs tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub.
Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir.