Bakıda evdən oğurluq edilib.
Lent.az-ın məlumatına görə, polisə müraciət edən vətəndaş bildirib ki, ötən ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşları hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 47 yaşlı Sevda Ayvazova saxlanılıb.
Araşdırma zamanı S.Ayvazovanın həmin evdə dayə işlədiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.