Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəisinə iki müavin təyin edilib.
APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavinləri təyin edilib.
Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiq ediblər.