Baş Prokuror bir neçə rayona yeni prokuror təyinatı ilə bağlı əmr imzalayıb.
Lent.az-ın məlumatına görə, Baş Prokuror Kamran Əliyevin müvafiq əmri ilə Xocavənd rayonunun prokuroru Namiq Muradov Quba rayonuna yeni prokuror təyin edilib. N.Muradov əvvəllər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çalışıb.
Baş Prokurorluqda uzun müddət Kadrlar İdarəsinin rəisi işləmiş general Bəhruz Mahmudovun oğlu Rəşid Mahmudov Suraxanı rayon prokuroru vəzifəsinə təyinat alıb.