Sabunçu rayonu Bakıxanov qəsəbəsjndə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar.
Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün topnan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.