Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olundu
03 iyul 2020 05:21 (UTC +04:00)

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olundu

0


Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. 

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb.

Verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5616

Oxşar yazılar