DİN vətəndaşlara təşəkkür etdi
08 iyun 2020 09:46 (UTC +04:00)

DİN vətəndaşlara təşəkkür etdi

Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təşəkkürdə yazılır:

"Əziz vətəndaşlar!

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək
qadağan edilmişdir. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə
görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!

Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə
qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz.

Bir daha təşəkkür edirik!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4519
avatar

Mehman Nəbiyev

Oxşar yazılar