DİN-dən əhaliyə maska XƏBƏRDARLIĞI
08 may 2020 17:59 (UTC +04:00)

DİN-dən əhaliyə maska XƏBƏRDARLIĞI

Daxili İşlər Nazirliyi ictimai nəqliyyatda maska taxmaq və məsafə saxlamaq barədə əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir. Bu məqsədlə əhalinin sanitar qaydalara əməl etməsi üçün paytaxt Bakı, eləcə də respublikanın bütün şəhər və rayonlarında polis, həmçinin Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlər davam etdirilir.

Maddi yardımların verilməsi ilə bağlı paytaxt və rayonlarda poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara polis əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah edilib, sosial məsafənin qorunması tələb edilib. Belə tədbirlər zamanı polislər və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda həmçinin bölgələrdə vətəndaşlara tibbi maskalar da paylayıblar.

Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, xüsusən mayın 9-da fəaliyyəti bərpa olunacaq "Bakı Metropoliteni"nin ərazisində olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7539
avatar

Mehman Nəbiyev

Oxşar yazılar