DİN-dən Ağsu rayon sakininin polis əməkdaşları haqqında iddialara münasibət
06 sentyabr 2020 13:33 (UTC +04:00)

DİN-dən Ağsu rayon sakininin polis əməkdaşları haqqında iddialara münasibət

"Sosial şəbəkələrdəki bəzi səhifələrdə paylaşılan videogörüntülərdə Ağsu rayonunun Cəlayır kənd sakini Muğbil Qənbərovun Rayon Polis Şöbəsinin  əməkdaşları haqqında iddiaları uydurmadır və qərəzdən irəli gəlir.  Onun atası Malik Qənbərov DİN-in “102” xidməti-zəng mərkəzinə və Ağsu Rayin Polis Şöbəsinənə ərizə ilə müraciət edərək həmkəndlisi Saləməddin Əhmədov tərəfindən döyülməsini bildirib".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə araşdırma zamanı hadisənin şahidləri izahat verərək Malik Qənbərovun Saləməddin Əhmədovla mübahisə etdiyini, lakin sonuncunun M.Qənbərova hər hansı xəsarət yetirmədiyini bildiriblər.

Toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə Ağsu RPŞ-nin baş təhqiqatçısı Vüsal Hüseynov tərəfindən qərar qəbul edilib. Daha sonra avqustun 6-da Muğbil Qənbərov qisas almaq üçün özünün yük avtomobili ilə Saləməddin Əhmədovun evinin darvazasına vurub. Bu iki şəxs arasında mübahisə olduğundan və həmin mübahisə davam etdiyindən onlar münaqişəli qonşular kimi profilaktiki qeydiyyata alınıblar.

Muğbil Qənbərov öz çıxışında Cəlayır kənd sakini Gözəl Əhmədovanın sahəsinin zəbt edilməsi və ona təzyiqlərin olmasını da bildirib. Müəyyən edilib ki, may ayında G.Əhmədova yaşadığı evin həyətindəki hasarı sökərək həyətyanı sahəsini qanunsuz olaraq genişləndirib və bələdiyyənin nəzarətində olan torpağı zəbt edib. Avqust ayında həmin ərazinin bələdiyyəyə məxsus olması və onun bu torpağı zəbt etməsi barədə G.Əhmədovaya rəsmi bildiriş göndərilərək zəbt etdiyi torpaq sahəsini boşaltmayacağı təqdirdə barəsində qanunamüvafiq tədbir görüləcəyi bildirilib. Bundan sonra G.Əhmədova Daxili İşlər Nazirliyinə müraciət edərək kəndin Bələdiyyə sədri Ülvi Əhmədov barəsində şikayət və tələbinin olmadığını bildirib: "Muğbil Qənbərovun çıxışında Ağsu RPŞ-in İstintaq Qrupunun müstəntiqi polis baş leytenantı Rəhim Əhmədovun Səbuhi Nəsirovu  döyərək xəsarət yetirdiyi barədə dedikləri də qərəzdən irəli gəlir. Səbuhi Nəsirov avqustun 9-da Ağsu rayon Polis Şöbəsinə dəvət olunmuş, lakin heç bir əsaslı səbəb olmadan ifadə verməkdən imtina etməklə, özünü pis hiss etdiyini deyərək  RPŞ-nin ərazisini tərk edib.  S.Nəsirov barəsində məcburi gətirilmə qərarı qəbul olunmuş və icrası Ağsu RPŞ-nin İTB-yə həvalə olunub. Bundan başqa, həmin görüntülərdə adları çəkilən kənd sakinləri Mikayıl Zeynalov və Əjdər Abbasov xırda xuliqanlıq hərkətlətinə yol verdikləri üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə olunublar. Onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməyib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4663
avatar

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45