Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
***
13:06
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ətaziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi davam edir.