Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 15:38-də söndürülüb.
Lent.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.
***
14:07
Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 hektar ərazidə yanğın başlayıb.
Lent.az-ın Fövəqladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb.
Yanğınsöndürmə işləri davam etdirilir.