"Yanğın haqda məlumat bu gün 11:15 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olub. Dərhal hadisə yerinə ərazi üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub".
Bu barədə APA-ya Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov məlumat verib.
O bildirib ki, yanğının yayılması nəzərə alınmaqla Bakı qarnizonu üzrə 2-ci mürəkkəblik dərəcəsi üzrə çağırış elan olunub: “Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətinin 17 ədəd yanğın avtomobili, Xüsusi Riskli Xilasetmə Xidmətinin texnikaları, Fövqəladə Hallar Nazirliyinin müvafiq tabe olan 300 nəfərə yaxın şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri cəlb olunub. Yanğının söndürülərək məhdudlaşdırılmasına 16:25-də nail olunub. 5 saat ərzində yanğın tam söndürülüb. Yanan sahə təxminən 11,6 hektardır. Ərazidə əsasən kol-kos, qurumuş ot və ağaclar yanıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır”.