Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
BaşProkurorlqudan Lent.az-a verilən məlumata görə, düşmənin mülki əhalini hədəfə alması nəticəsində sentyabrın 27-dən bu günə kimi 31 mülki şəxs həlak olub, 154 nəfər yaralanıb. Həmçinin 133 mülki obyekt, 928 fərdi yaşayış evi və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.