“Növbədənkənar parlament seçkilərində namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.
Ba barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçilib.
Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Onun sözlərinə görə, təbliğat və təşviqat prosesində polis üzərinə düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır.