Bu rayonda yaşayış evlərinə ildırım düşdü
22 iyun 2020 17:11 (UTC +04:00)

Bu rayonda yaşayış evlərinə ildırım düşdü

0

Bu gün günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun bəzi dağlıq ərazilərinə dolu düşüb.

Quba Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Alpan kəndində 3 vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə şimşək düşüb, bir yaşayış evini isə su basıb.

Rayonun Digah kəndində daha bir yaşayış evini su basıb. 

Dəyən ziyanın hesablanması və aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4388

Oxşar yazılar