Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələn şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istirahət mərkəzlərində, gündəlik kirayə evlərdə və otellərdə reyd keçirilib.
Bu zamanı icazələri olmadan, qaydaları pozaraq sərtləşdirilmiş karantin rejimi elan edilən rayonlardan Oğuza gələrək istirahət edən şəxslər müəyyən edilib. Onların barələrində qanunauyğun tədbirlər görülüb.