Bu dəfə nəzərlər Texasa yönəldi: COVID-19 tüğyan edir
29 iyun 2020 07:10 (UTC +04:00)

Bu dəfə nəzərlər Texasa yönəldi: COVID-19 tüğyan edir

“ABŞ Federal Hakimiyyət orqanları koronavirusla bağlı vəziyyətin ciddi şəkildə pisləşdiyi Texas ştatına kömək edəcək”, 

APA yerli “WFAA” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Mayk Pens deyib.

Texas qubernatoru Qregg Ebbott öz növbəsində koronavirus infeksiyasının son həftələrdə ştatda təhlükəli dönüş yaratdığını, yeni xəstəxanalara yerləşdirilənlərin sayının 2 mindən 5 minə qədər yüksəldiyini və müsbət test nəticələrinin faiz nisbətinin 4.7%-dən 13%-dək artdığını vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2530
avatar

Oxşar yazılar