Bu bankın vəzifəli şəxslərinə cinayət işi açıldı
06 may 2020 11:20 (UTC +04:00)

Bu bankın vəzifəli şəxslərinə cinayət işi açıldı

“Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Həsənov  Ənvər Şükür oğlunun filialın xəzinədarı İbrahimli Babək Vəzahir oğlu ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə 2017-ci ilin yanvar ayından etibarən vətəndaşların razılığı olmadan qanunsuz olaraq pul vəsaitlərinin mübadiləsini, o cümlədən 19 fiziki şəxsin xəbəri olmadan onların adlarına əməliyyatlar apararaq ümumilikdə 190 min ABŞ dolları məbləğində qanunsuz valyuta alışı əməliyyatlarını həyata keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9463

Oxşar yazılar

Masallıda qəza oldu, yaralı var  -FOTOLENT

Masallıda qəza oldu, yaralı var -FOTOLENT

1 iyun 2025 , 19:57
Kəlbəcərdə traktor minaya düşdü, yaralı var

Kəlbəcərdə traktor minaya düşdü, yaralı var

1 iyun 2025 , 19:55
Qazaxda maşın necə aşdısa... - Xəstəxanalıq oldu

Qazaxda maşın necə aşdısa... - Xəstəxanalıq oldu

1 iyun 2025 , 18:07
Balakəndə maşınlar toqquşdu,  yaralılar var

Balakəndə maşınlar toqquşdu, yaralılar var

1 iyun 2025 , 17:58
Qaxda 74 yaşlı piyada maşının altında qaldı

Qaxda 74 yaşlı piyada maşının altında qaldı

1 iyun 2025 , 17:13
Ucarda AĞIR QƏZA:  YARALILAR var

Ucarda AĞIR QƏZA: YARALILAR var

1 iyun 2025 , 10:58
Ucarda elektrik yarımstansiyasında YANĞIN  -FOTOLENT  - VİDEO  -YENİLƏNİB

Ucarda elektrik yarımstansiyasında YANĞIN -FOTOLENT - VİDEO -YENİLƏNİB

1 iyun 2025 , 09:45
Bakıda arvadını döyərək öldürən  ər saxlanıldı

Bakıda arvadını döyərək öldürən ər saxlanıldı

1 iyun 2025 , 01:57