İyunun 4-də Tərtər rayonunda Bərdə şəhər sakini R.Cəmilli xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli saxlanılıb.