Borca görə axtarılan 21 nəfər saxlanıldı
08 may 2020 13:13 (UTC +04:00)

Borca görə axtarılan 21 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 16 cinayətin üstü “isti izlər”lə açılıb.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317
avatar

Mehman Nəbiyev

Oxşar yazılar