Qubada ölümlə nəticələnən yanğın hadisəsi olub.
Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, rayonun Ördüc kəndində, rayon mərkəzindən 60 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazidə ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və və əşyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1932-ci il təvəllüdlü Qeyibov Səfərəli Hacəli oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.