Biri qadın olmaqla 5 narkotacir tutuldu - FOTO
02 may 2020 10:38 (UTC +04:00)

Biri qadın olmaqla 5 narkotacir tutuldu - FOTO


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakinləri Azər Hüseynov, Xalid Ağayev və Bisitun Fətiqi Hüseynov sonuncunun idarə etdiyi “Peugeot” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar. Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində isə Gəncə şəhər sakini F. Bayramova və Bakı şəhəri Binəqədi rayon sakini Fərid Şamiyev sonuncunun idarə etdiyi “Reno Megane” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar. Avtomobilə keçirilən baxış zamanı oradan 100 qram narkotik vasitə heroin, 327 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31