Bir uşaq atası özünü öldürdü
11 iyun 2020 17:20 (UTC +04:00)

Bir uşaq atası özünü öldürdü

0

Qaxda bir övlad atası intihar edib.  

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Almalı kəndində baş verib.

Kənd sakini Nofəl Məzahir oğlu Yusifovun meyiti yaşadığı evin həyətyanı sahəsində ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı N.Yusifovun  məlum olmayan səbəbdən intihar etdiyi məlum olub. 

Faktla bağlı Qax rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4666

Oxşar yazılar